ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qətər əmiri Təmim bin Həməd Əl Tani 14 ilfən sonra Xəlifə Abdullah Səd Al Mahmud əş-Şərifin Suriyaya səfir təyin edilməsi barədə fərman imzalayıb.
Bu təyinatla əş-Şərif, 2011-ci ildə Qətərin Dəməşqdəki səfirliyini bağlayıb diplomatlarını geri çağırmasından sonra Suriyadakı ilk Qətər səfiri olub.
Qeyd olunub ki, Qətər ötən ilin sonunda Suriyanın paytaxtı Dəməşqdə səfirliyini yenidən açıb və diplomatik missiya binasında dövlət bayrağını qaldıraraq rəsmi fəaliyyətini bərpa edib.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.