“Son 20 ildə ölkənin strateji valyuta ehtiyatları 38 dəfədən çox artıb”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin müavini Əli Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda bu gün keçirilən elmi-praktik konfransda bildirib.
“Bu da 37 aylıq mal və xidmət idxalının maliyyələşdirilməsinə imkan yaradır. Xarici mühitdə yaranmış qeyri-müəyyənliklərə baxmayaraq valyuta bazarı tənzimlənib, bu da manatın məzənnəsinin sabitliyinin qorunmasına şərait yaradıb. Tədiyə balansının profisitli olması və strateji valyuta ehtiyatlarının artması makroiqtisadi dayanıqlılığı möhkəmləndirib. Bu, yalnız sabitliyin göstəricisi deyil, həm də gələcək nəsillərin iqtisadi təhlükəsizliyinin qorunmasının göstəricisidir”, - deyə Əli Əhmədov qeyd edib.
"Cebheinfo.az"