AZ

Hindistan prezidenti helikopterdə qəza təhlükəsi yaşayıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistan Prezidenti Draupadi Murmanı daşıyan helikopter Keraladakı "Pramadam" stadionuna endikdən sonra betona batmaq təhlükəsi ilə üzləşib.

Oxu.Az "The Times of India" nəşrinə istinadən xəbər verir ki, insident prezidentin "Sabarimala" məbədinə rəsmi səfəri zamanı baş verib.

Məlumata görə, enişdən dərhal sonra meydançanın bir hissəsi dağılaraq, helikopter üçün təhlükə yaradıb.

Polis və yanğınsöndürənlər dərhal reaksiya verərək, vertolyotu təhlükəli zonadan uzaqlaşdırıblar.

Xəbərdə bildirilir ki, ölkə rəhbərinin Keralaya dördgünlük səfəri oktyabrın 21-də başlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
66
2
oxu.az

3Mənbələr