AZ

Rusiyalı ikiqat paralimpiya çempionu Mirotvorets bazasına daxil edildi

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyanın qılıncoynatma üzrə ikiqat paralimpiya çempionu Aleksandr Kuzyukov Ukraynanın "Mirotvorets" məlumat bazasına daxil edilib.

Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.

Məlumata görə, Kuzyukov Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmağa cəhddə ittiham olunur.

"B" kateqoriyasında çıxış edən 38 yaşlı Kuzyukov Tokioda keçirilən Paralimpiya oyunlarında həm fərdi, həm də komanda yarışlarında iki dəfə qalib gəlib.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan "Mirotvorets" portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
109
oxu.az

1Mənbələr