“Qərb mediasının Tramp və Putin arasında görüşə hazırlığın dayandırıldığı barədə xəbərləri həqiqətə uyğun deyil”.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun icraçı direktoru, Putinin xüsusi elçisi Kirill Dmitriev X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, KİV sammitə hazırlığa mane olmaq üçün Budapeştdə Putin-Tramp görüşünə hazırlığın dayandırılması ilə bağlı Ağ Evdəki mənbələrin “şərhlərini təhrif edir”.
“Hazırlıq davam edir”, – Dmitriyev əlavə edib.
Putinin adamı Macarıstanın xarici işlər naziri Peter Siyartonun “müharibə tərəfdarlarının” görüşü pozmaq üçün informasiya fonu yaradacaqları barədə bəyanatını da yayıb.
Xatırladaq ki, Ağ Evin adı açıqlamayan məmuru jurnalistlərə bildirib ki, Vaşinqton Lavrovla Rubio arasında sammitə hazırlıq üçün planlaşdırılan görüşə artıq ehtiyac görmür.
Xatirə SADİQ