Uqandada magistral yolda iki avtobusun toqquşması nəticəsində 63 nəfər həlak olub, çox sayda insan isə yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.
Qəzanın əks istiqamətdə hərəkət edən avtobusların səhv ötmə manevrinə cəhd etməsi səbəb olduğu bildirilir. Hazırda qəzanın təfərrüatı ilə bağlı araşdırma davam edir.