Bakı.Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyətgöstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıqrəhbəri və laborant vəzifələri üzrə işə qəbul müsahibəsininnəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətəbaşlayacaq.
Trend xəbərverir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrəmüsahibə mərhələsində uğur qazanmayan namizədlər BŞTİ-yə, laborantvəzifəsi üzrə müsahibədə uğur qazanmayan namizədlər isə paytaxtdakı306 nömrəli tam orta ümumtəhsil məktəbinə 24-28 oktyabr 2025-ci iltarixlərində saat 14:30-16:30 aralığında yaxınlaşaraq Apellyasiyakomissiyasına müraciət edə bilərlər.
Müraciətçilərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini vəiş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü iləgətirməsi vacibdir.
Qeyd edək ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələribarədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinəSMS vasitəsilə göndərilib.