Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan xırnik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həm fiziki, həm də dəyər baxımından artıb.
Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 9 ayında ölkədən 37 692.83 ton xırnik ixrac olunub, bunun dəyəri 29 milyon 146.93 min ABŞ dolları təşkil edib. 2025-ci ilin eyni dövründə isə ixracın həcmi 47 726.41 ton, dəyəri isə 34 milyon 139.99 min dollar olub.
Beləliklə, ixracın həcmi 10 033.58 ton və ya 26.6 faiz, ixrac gəliri isə 4 milyon 993.06 min dollar və ya 17.1 faiz artıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.