Bakı.Trend:
Azərbaycan Respublikasının Prezidentinin müvafiq tapşırığı iləQarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, o cümlədən NaxçıvanMuxtar Respublikasının “yaşıl enerji zonası”na çevrilməsiistiqamətində işlər uğurla davam etdirilir. Belə ki, Qarabağ vəŞərqi Zəngəzurun modern quruculuq prinsipləri, xalis sıfıremissiyalı “Yaşıl Enerji Zonası” Konsepsiyasına əsaslanan inkişafıbu gün artıq mühüm nəticələr verməkdədir.
Bunu Trend-əaçıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyinin Layihələrin İdarə Edilməsi şöbəsininmüdiri Cəbrayıl Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə“yaşıl enerji” hədəflərinə nail olunması ilə bağlı xarici ölkələrinenerji şirkətləri ilə uğurlu tərəfdaşlıq həyatakeçirilməkdədir.
"Bunun nəticəsində Azərbaycan artıq genişmiqyaslı “yaşıl enerji”əməkdaşlıq ekosistemi formalaşdırmağa nail olub. Bu əməkdaşlıqçərçivəsində BP, “Nobel Energy”, Baltech, və s. kimi aparıcıbeynəlxalq şirkətlər ilə önəmli addımlar atılıb. BP şirkətitərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” günəşelektrik stansiyasının inşası nəzərdə tutulur. Ötən ilin 12 noyabrtarixində COP29 tədbiri çərçivəsində sözügedən stansiyanıntəməlqoyma mərasimi keçirilmişdir. Hazırda stansiyanın tikintisiistiqamətində işlər davam etdirilir".
C.Əliyev əlavə edib ki, bununla yanaşı, cari ilin 4 apreltarixində Azərbaycan Respublikası Hökuməti və “Enerso Cəbrayıl” MMCarasında 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası layihəsiüzrə, həmçinin “Clean Energy Jabrayil” MMC ilə 50 MVt gücündə“Şəms” Günəş Elektrik Stansiyası layihəsi üzrə İnvestisiyamüqavilələri imzalanıb. Hər iki stansiyanın yaxın zamanlardatəməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır.
O, həmçinin Naxçıvan Muxtar Respublikası üzrə həyata keçirilənişlər barədə də məlumat verib:
Naxçıvan Muxtar Respublikası üzrə həyata keçirilən işlərəgəldikdə isə, Naxçıvanın davamlı sosial-iqtisadi inkişafstrategiyasının tərkib hissəsi kimi “Yaşıl Enerji Zonası”Konsepsiyası və onun icrasını təmin edən Tədbirlər Planıhazırlanıb. Sözügedən Konsepsiya Naxçıvanda bərpa olunan enerjimənbələrindən istifadənin genişləndirilməsini, enerjimüstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını və karbonemissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Buistiqamətdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və“Nobel Energy Limited” şirkəti arasında Naxçıvan şəhərində 30 MVtgücündə günəş elektrik stansiyasının qiymətləndirilməsi, inkişafıvə həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb.
C.Əliyev vurğulayıb ki, sözügedən İcra Müqaviləsi çərçivəsindəlayihə ərazisinin bərpa olunan enerji mənbələri ərazisi kimimüəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.