
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Azərbaycan arasında sülh prosesində son müsbət addımlardan məmnunluğunu ifadə edib.
Missiya.Az xəbər verir ki, o, bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.
“Azərbaycan-Ermənistan sülh prosesində bir sıra müsbət addımlar, o cümlədən Azərbaycanın öz ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırması məni çox ruhlandırır”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az