AZ

Ruslar Xarkovda uşaq bağçasını vurdu

Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 22-dəRusiya tərəfindən Xarkovda uşaq bağçasının atəşə tutulmasına cavab verib.

XəzərNews.az xəbər verir ki, Prezident zərbə yerindən zədələnmiş binanın əks olunduğu kadrları, həmçinin uşaqları uşaq bağçasından çıxaran xilasedicilərin fotolarını yayıb.

"Xarkovda uşaq bağçasına Rusiya pilotsuz təyyarəsinin hücumu bir gecədə baş verən kütləvi hücumlardan sonra baş verib. Təəssüf ki, bir nəfərin öldüyü bildirilir. Ailəsinə başsağlığı verirəm. Hazırda 7 nəfər yaralanıb. Onlara tibbi yardım göstərilir. Bütün uşaqlar təxliyyə edilib və sığınacaqlardadır. İlkin məlumata görə, bir çoxları kəskin reaksiya verib".

Zelenski Rusiya Federasiyasının mülki şəxslərin atəşə tutulmasına görə məsuliyyət daşımalı olduğunu vurğulayaraq, uşaq bağçasına pilotsuz təyyarənin vurulmasına heç bir əsasın olmadığını və ola bilməyəcəyini vurğulayıb.

Xəbər 7 dəfə oxunub.
Seçilən
28
xezernews.az

1Mənbələr