“Nəticədə müəssisələrimizdən birinə ziyan dəyib. Təcili yardım xidmətləri hadisə yerindədir, bütün lazımi resursları səfərbər edilir”,- Zdunov bildirib.
Lakin, o, müəssisəni nəzərdə tutduğunu və itkilərinolub-olmadığını dəqiqləşdirməyib.
“Astra” portalının məlumatına görə, Saransk şəhərinin Sənaye rayonunda yerləşən mexanika zavodu vurulub.
“Rostex” dövlət şirkətinin bir hissəsi olan bu müəssisə müxtəlif avadanlıqlardan əlavə, barıt, pirotexniki vasitələr və raket yanacağı istehsal edir. Qeyd edək ki, Mordoviya Ukrayna ilə sərhəddən təxminən 700 km məsafədə yerləşir. Dronlar respublikaya ilk dəfə 2024-cü ilin aprelində hücum ediblər.
![]() |
| Zelenski Qərbə müraciət edib| VİDEO |
- Hazırda ölən və yaralananlar barədə məlumat yoxdur. Dəymiş ziyanla bağlı məlumatlar dəqiqləşdirilir”,- Dağıstan respublikasının rəhbəri Sergey Melikov öz telegram-kanalında yazıb.
O, həmçinin respublika sakinlərinə pilotsuz təyyarələrin zərbələri, Rusiya Müdafiə nazirliyinin qüvvələrinin və mühüm infrastrukturun yerləşdirilməsi barədə məlumatların dərcinə qadağa qoyulduğunu xatırladıb.
Ukraynanın “Supernova+” monitorinq kanalının iddiasına görə, PUA-lardan biri Şimali Qafqazda ən böyüyü “Daqnefteprodukt” neft daşıma kompleksini vurub. “Dagnefteprodukt” Mahaçqala dəniz limanını neftlə təmin edir. Rusiyanın “VÇK-OQPU” portalının məlumatına görə, hücumun hədəfi “Daqnotex” neft emalı zavodu da ola bilər.
Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, bu gecə Ukraynanın 33 təyyarə tipli PUA-sının məhv edildiyini və ələ keçirildiyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 22-nə keçən gecə Rusiyanın Ukraynanın paytaxtı Kiyevə, habelə bir sıra vilayətlərinə və şəhərlərinə endirdiyi hava zərbələri nəticəsində ikisi uşaq olmaqla 6 adam həlak olub, 17 nəfər isə yaralanıb.
— Newsfeed (@Newsfeed883920) October 22, 2025
Sahil İsgəndərov
AzVision.az
