Bakı. Trend:
Qlobal istiləşmənin sürətlənməsi fonunda İslandiyadamüşahidələrin aparıldığı zamandan bəri ilk dəfə olaraq ağcaqanadlarpeyda olub.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, buna qədər İslandiya və Antarktida həşəratlardanvə cücülərdən azad yerlər hesab olunurdular.
Alimlər hesab edir ki, iqlim dəyişikliyi ilə əlaqədarağcaqanadlar və başqa həşaratlar onlar üçün buna qədər yad olanməskənlərlə köçməyə başlayırlar.
Qeyd edək ki, “Culiseta annulata” növündən sonra üç ağcaqanad buay Reykyavik şəhərindən 30 kilometr şimalda yerləşən Kyos rayonundaqeydə alınıb.