Bu gün I Liqada altıncı tur başlayacaq.
Sportinfo.az xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma keçiriləcək.
MOİK Binədə “Baku Sportinq”i qonaq edəcək. “Şimal” ilə “Difai” Şamaxıda üz-üzə gələcək.
MOİK – “Baku Sportinq” 
 Hakimlər: Əkbər Əhmədov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Emin Əliyev
 Hakim-inspektor: Babək Quliyev
 AFFA nümayəndəsi: Kifayət Mustafayeva
 Binə qəsəbə stadionu
“Şimal” – “Difai” 
 Hakimlər: İslam Məmmədov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamran Əliyev
 Hakim-inspektor: Rəhim Həsənov
 AFFA nümayəndəsi: Mahal Məmmədov
 Şamaxı OİK stadionu
 
                        