Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında quru sərhədinin açılması məsələsi uzun müddətdir müzakirə olunur və hazırda bu proses davam edir. O qeyd edib ki, zaman-zaman Gürcüstan rəsmlərinin Azərbaycana səfəri, Azərbaycan baş nazirinin Gürcüstana səfəri və Kobaxitze ilə aparılan müzakirələr bu mövzuda müəyyən fikirlər formalaşdı ki, quru sərhədlər açıqlmaq ərəfəsindədir. Gürcü mənbələrində də buna dair müsbət fikirlər yer aldı. O dönəmdə də Azərbaycan tərəfi bu məsələdə bir qədər soyuqqanlı davrandı.
Quru sərhədlərin birtərəfli açıq olduğu da bəlli deyil. Gürcüstan respublikasının vətəndaşları quru yolla Gürcüstana qayıtmaq hüququna malikdirlər.
Milli Məclisin deputatı News365.az-a bildirib ki, hazırda Azərbaycan sərhədindən keçid müəyyən prosedurlar əsasında həyata keçirilir. Hazırda sərhədin bir tərəfli qaydada açılması təmin olunur, lakin iki tərəfli və rahat keçid, həmçinin dəmir yolu üzərindən daşımaların tam təmin olunması hələlik mümkün deyil.
Deputat qeyd edib ki, prosesə təsir edən müxtəlif strukturlar və aidiyyəti şəxslər mövcuddur, buna görə də vəziyyəti diqqətlə izləmək lazımdır. Cənubi Qafqaz regionunda ciddi proseslərin baş verdiyini vurğulayan deputat, bu məsələlərin gündəmə gətirilməsinin zəruri olduğunu bildirib.