“Zirə” Vinsent Tillə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. Futbolçuyla klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Zirə” PFK futbolçuya gələcək karyerasında uğurlar arzulayır.
Qeyd edək ki, 25 yaşlı lüksemburqlu vinger bu ilin iyulunda “Zirə” ilə 1 illik müqavilə bağlamışdı.
O, zədəsi səbəbindən bu mövsüm oyuna çıxa bilməyib.