GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Hindistan Prezidenti Draupadi Murmunun olduğu helikopter ciddi qəza təhlükəsi ilə üzləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İndia”nın məqaləsində qeyd olunur.
Məlumata görə, Kerala vilayətinə uçuş zamanı insident baş verib. Belə ki, helikopter “Pramadam” stadionuna endikdən sonra meydançanın bir hissəsinin dağılması səbəbindən betona batmaq təhlükəsi ilə üzləşib.
Qəza son anda önlənib. Xəsarət alanın olub-olmadığı ilə bağlı dəqiq məlumat yoxdur.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.