Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan zirvə ilə bağlı çox sayda şayiələrin yayıldığını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Nə Putin, nə də Tramp vaxtını boşa sərf etmək istəmir. Effektiv bir zirvə üçün hazırlıq vacibdir”, – o qeyd edib.
Peskov Moskva şəhərində jurnalistlərə verdiyi açıqlamada, Putin və Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşlə bağlı dəyərləndirmələr aparıb.
Zirvənin həm Rusiya, həm də ABŞ tərəfindən istənildiyini deyən Peskov əlavə edib: “Ukrayna ilə bağlı proses durğunluq mərhələsinə keçib. Hazırkı bu durğunluq isə ən yüksək səviyyədə rəsmilərin müdaxiləsini tələb edir. Lakin belə bir müdaxilə yaxşı şəkildə hazırlanmalıdır.”
Peskov Rusiyanın Ukrayna mövzusuna dair mövqeyinin məlum olduğunu vurğulayaraq, bu mövqe ilə bağlı detalların daha əvvəl Putin də daxil olmaqla müxtəlif rəsmilər tərəfindən açıqlanmış olduğunu xatırladıb.
Budapeştdə planlaşdırılan zirvə ilə bağlı paylaşa biləcəkləri yeni bir məlumat olmadığını bildirən Peskoqeyd edib: “Görüşlə bağlı yayılan xəbərlər söz-söhbət və şayiələrə əsaslanır. Ümumilikdə bunlar doğru deyil”.