AZ

Estoniya Bakıda diplomatik nümayəndəliyini açmağı planlaşdırır - XİN rəhbəri

Estoniya Bakıda diplomatik nümayəndəliyini açmağı planlaşdırır.

Day.Az xəbər verir ki, bunu Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında Estoniyanın xarici işlər naziri Marqus Tsaxna deyib.

"Biz o həddə çatmışıq ki, tam hüquqlu səfirlik aça bilərik və yaxın vaxtlarda Bakıda Estoniya səfirliyi açılacaq. Bu mühüm addımdır. Eyni zamanda bu, diplomatik səviyyədə, o cümlədən siyasi, iqtisadi və biznes sahələrində əməkdaşlığımızın genişləndirilməsi üçün çox əhəmiyyətli və səmərəli vasitədir", - o əlavə edib.

Seçilən
98
1
day.az

2Mənbələr