AZ

Ölkə üzrə heyvan kəsimi məntəqələrinin fəaliyyəti əvvəlki qaydada davam edir - AQTA

Bakı.Trend:

Ölkə üzrə fəaliyyət göstərən heyvan kəsimi məntəqələrifəaliyyətlərini əvvəlki qaydada davam etdirir. Əgər 2018-ci ildərespublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda burəqəm 120-dən çoxdur.

Trend xəbərverir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri,Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevaçıqlayıb.

O bildirib ki, mövcud infrastruktur ölkənin daxili tələbatınıtam şəkildə təmin etməyə imkan verir:

"Kəsim müəssisələri müasir standartlara uyğun şəkildə qurulub vəməntəqələrdə baytar mütəxəssislərin daimi nəzarəti təmin olunur.Sağlamlığı şübhə doğuran heyvanlar kəsim prosesindənkənarlaşdırılır. Heyvan kəsildikdən sonra cəmdəyinbaytarlıq-sanitariya ekspertizası aparılır, daha sonra ət müəyyənmüddət soyudulmaq üçün saxlanılır. Cəmdəyin üzərinə müvafiqmöhürlər vurulur və müşayiətedici baytarlıq sənədləri ilə birlikdəistehlak obyektlərinə və ticarət şəbəkələrinə göndərilir".

AQTA rəsmisi vurğulayıb ki, Respublikanın baş dövlət baytarlıqmüfəttişi vətəndaşlara kəsim məntəqələrində kəsilmiş vəixtisaslaşmış ət satış məntəqələrində satılan ət məhsullarınıalmağı tövsiyə edir. Həmçinin ətin üzərində rəsmi baytarlıqmöhürünün olmasına diqqət yetirmək, alış zamanı satıcılardanmüşayiətedici baytarlıq sənədlərinin təqdim olunmasını tələb etməkvacibdir.

Q.Əbdüləliyev əlavə edib ki, 2025-ci il 25 oktyabr tarixindənetibarən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyatakeçirilməsi məqsədilə mərhələli şəkildə məhdudiyyət tətbiqediləcək. Bu qərar ət kəsimi və satışına heç bir maneəyaratmayacaq.

Məqalədə:
Seçilən
59
8
az.trend.az

10Mənbələr