AZ

ABŞ Senatı Rusiyaya təzyiqləri artıracaq

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

İkitərəfli üç qanun layihəsini qəbul etməyi planlaşdırılır

Rusiyaya təzyiqi artırmağa yönəlmiş üç qanun layihəsi ABŞ Senatının Xarici Əlaqələr Komitəsi tərəfindən qəbula hazırlanır. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Komitənin sədri, respublikaçı senator Ceyms Riş deyib: “Rusiyaya təzyiq göstərmək üçün burada nə qədər çox şey edə bilsək, bir o qədər çox etməliyik”.

Portalın məlumatına görə, komitə ikitərəfli üç qanun layihəsini qəbul etməyi planlaşdırır.

Onlardan biri Rusiyanı terrorizmin himayədarı dövlət kimi göstərəcək, digəri isə Moskvaya verdiyi dəstəyə görə Çinə iqtisadi sanksiyalar tətbiq etməklə bağlıdır.

Üçüncü qanun layihəsi ABŞ-da saxlanılan dondurulmuş Rusiya aktivlərinin yenidən bölüşdürülməsini və sonra hər 90 gündən bir Ukraynaya köçürülməsini nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
ayna.az

1Mənbələr