2024-cü ilin dekabrında Aktau yaxınlığında baş vermiş Azərbaycanın "Embraer-190" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlana bilər,
"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev "RİA Novosti"yə açıqlamasında deyib.
"İstintaq üçün standart müddət təxminən bir ildir, bəlkə də bir az daha uzundur. İş davam edir", - Bozumbayev qeyd edib.
Bundan əvvəl, avqustun əvvəlində baş nazirin müavini Bozumbayev qəza ilə bağlı yekun hesabatı bir neçə ay ərzində təqdim etməyi planlaşdırdığını açıqlamışdı.
Gülayə Mecid