AZ

Möhkəmlənən münasibətlərimiz regionun imkanlarını genişləndirir - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Prezidentin Qazaxıstana rəsmi səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb ki, bu da iki qardaş ölkə arasında strateji müttəfiqliyin və dərin qardaşlıq münasibətlərinin təzahürüdür. Azərbaycan və Qazaxıstan Orta Dəhlizin əsas iştirakçıları kimi, eləcə də energetika sahəsində həyata keçirilən birgə layihələr vasitəsilə öz iqtisadi potensiallarını daha da gücləndirirlər”.

Bunu Hafta.az-a Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov ölkə başçısının Qazağıstana səfəri ilə bağlı açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan, Türk Dövlətləri Təşkilatının əsas üzvlərindən biridir və bu birliyin inkişafında mühüm rol oynayır.

“Qəbələdə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra vacib təkliflərlə çıxış edib. Həmin təkliflərdən biri 2026-cı ildə üzv dövlətlərin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsidir. Eyni zamanda təşkilat bir çox istiqamətlər üzrə birgə inkişaf prosesini həyata keçirir. Üzv dövlətlərin bu çərçivədə əməkdaşlığı üçün geniş imkanlar mövcuddur. Azərbaycan bölgənin lider dövləti kimi təşkilatın əsas flagmanı rolunu oynayır və istər siyasi, istər iqtisadi, istərsə də humanitar sahədə gördüyü mühüm işlər bunun bariz nümunəsidir.

Bununla yanaşı, Azərbaycanın qardaş Türkiyə, Özbəkistan, Qırğızıstan və Türkmənistanla möhkəmlənən münasibətləri regionun imkanlarını genişləndirir və türk dünyasının birliyini daha da möhkəmləndirir”-G.Qəhəmanov əlavə edib.

Seçilən
69
hafta.az

1Mənbələr