AZ

2025 də xaricə gedən azərbaycanlıların sayı 2,6 faiz azalıb

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2.6% azalaraq 1 milyon 605 min nəfər olub.

Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, Rusiya Federasiyasına gedənlərin sayı 30.8%, Türkiyəyə gedənlərin sayı isə 2.4% azalıb. Gürcüstana gedən vətəndaşların sayı 22.0%, İrana gedənlərin sayı 2.6% artıb.

Azərbaycan vətəndaşlarının səfər etdiyi ölkələr üzrə payı belədir: 42.2% Türkiyə, 14.6% Rusiya Federasiyası, 10.8% Gürcüstan, 8.9% İran, qalan 23.5% digər ölkələrdir. Gedənlərin 63.6%-i kişi, 36.4%-i qadın təşkil edir.

Səfərlər zamanı istifadə olunan nəqliyyat vasitələri üzrə isə statistika belədir: 70.6% hava yolu, 27.5% dəmir yolu və avtomobil, 1.9% dəniz nəqliyyatı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
oxu.az

1Mənbələr