AZ

Rus general: “Tomaqavk”lar möcüzə silahı deyil

ABŞ cox güman “Tomaqavk” raketlərini Ukraynaya ötürməkdə qərar verə bilməyəcək.

Herbiand.az bildirir ki, bunu Rusiya Silahlı Qüvvələrinin istefada olan general-leytenantı Yevgeni Bujinski deyib.

O, soyləyib ki, məsələni şişirtməyə ehtiyac yoxdur: “Çoxlarının hesab etdiyi kimi, bu, hansısa möcüzə silahı deyil. Raket artıq bir çox münaqişələrdə sınaqdan keçirilib. 1980-ci illərdə istifadəyə verilib. Güclü 450 kiloqramlıq döyüş başlığına malikdir, aşağı profildə uçur. Bütün bunlar “Tomaqavk”-ı nəhəng silaha çevirir. Lakin, “Tomaqavk”-ın istifadəsi üçün bir neçə xüsusiyyəti var”.

Bujinski qeyd edib ki, “Tomaqavk”ların güclü hava hücumundan müdafiə sistemlərinə qarşı effektiv istifadəsi yalnız atəşlə mümkündür: “Amerikalılar “Tomaqavk”-ın tək-tək atışlardansa çoxlu buraxılışlarına üstünlük verirlər. Bu, 100-dən çox raket edir. Ona görə də, amerikalıların Ukraynaya bu qədər raket verməsini təsəvvür etmək ağlasığmazdır”.

General vurğulayıb ki, ikinci məsələ işə salan qurğulardır: “ABŞ-ın onları Ukraynaya vermək üçün sadəcə yoxudur. Üçüncüsü, “Tomaqavk”-ın istifadəsidir ki, bu da amerikalı mütəxəssislərin iştirakı ilə mümkündür - hədəfin təyin edilməsindən başlayaraq, istiqamətləndirilməsi və uçuşa nəzarətə qədər. Orada hər şey amerikanındır. ABŞ-ın Rusiya ilə bu cür radikal eskalasiyaya əl atmasını zəif təsəvvür edirəm. Ona görə də “Tomaqavk” məsələsi, fikrimcə, daha çox təbliğat xarakteri daşıyır”.

Bujinski sonda bir məqama diqqət çəkib: ““Tomaqavk” raketinin istehsal sürəti ildə cəmi 50-90 ədəd təşkil edir. Ona görə də çətin ki, amerikalılar bu raketləri Ukraynaya səxavətlə bağışlamağa qərar versinlər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
63
herbiand.az

1Mənbələr