AZ

"Qarabağ"ın rəqibi "Barselona"nın futbolçusuna elçi düşdü

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Napoli" klubu "Barselona"nın futbolçusuna elçi düşüb.

Fanat.Az xəbər verir ki, söhbət İspaniya nəhənginin müdafiəçisi Ronald Arauxodan gedir. 

İnformasiyanı "Tuttosport" nəşri yayıb. Mənbənin məlumatına görə, uruqvaylı futbolçunun karyerasını İtaliya A Seriyasında davam etdirmək variantı kifayət qədər realdır. Arauxo Neapol təmsilçisinin müdafiə xətti üçün əsas hədəfidir. İtaliya çempionu 26 yaşlı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.

Ronald Arauxo bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 9 oyunda 2 qol vurub.

Qeyd edək ki, "Qarabağ" ilə "Napoli" arasındakı oyun noyabrın 26-da Neapolda baş tutacaq.

Seçilən
69
fanat.az

1Mənbələr