AZ

"ABŞ bizim protektoratımız deyil" - Netanyahu 

"Bəzən ABŞ-nin bizim protektoratımız olduğunu deyirlər, bəzən də deyirlər ki, biz onlarındır. İsrail ABŞ-nin himayədarı deyil".

"Unikal" xəbər verir ki,  bunu İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə yanaşı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Vens öz növbəsində qeyd edib ki, Vaşinqton İsrailin onun müttəfiqi olmasını istəyir.

"İbrahim razılaşmalarının genişləndirilməsi sabitliyi təmin edəcək və ümid edirik ki, bu sabitlik uzun müddət davam edəcək", - o, ifadə edib. 

 Bundan başqa, İsrailin türk əsgərlərinin Qəzza zolağına girməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala Netanyahu “İsrail təhlükəsizlik qərarlarını özü verəcək” cavabını verib.

Gülayə Mecid 

Seçilən
94
unikal.az

1Mənbələr