AZ

Azərbaycanda yeni medal TƏSİS EDİLDİ

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" yubiley medalı təsis edilib.

Hafta.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişikliyi təsdiqləyib.

Yeni qanunla "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsviri" təsdiq edilib.

Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 264-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.

Azərbaycanda

Seçilən
94
2
hafta.az

10Mənbələr