AZ

Ağ evdə gərgin ANLAR

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ Gizli Xidməti Ağ Evin qapısına çırpılan avtomobilin sürücüsünü saxlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Ağ Evdəki Gizli Xidmətin qapısına şübhəli bir avtomobilin çırpıldığı bildirilib. ABŞ Gizli Xidmətinin Kommunikasiya Ofisinin sosial media hesabında yayımlanan açıqlamada hadisənin yerli vaxtla saat 22:37-də baş verdiyi qeyd olunub. 

Açıqlamada avtomobili idarə edən sürücünün saxlanıldığı və nəqliyyat vasitəsinin yoxlanılmasından sonra hər hansı bir təhlükənin aşkar edilmədiyi bildirilib. Gizli Xidmət hadisə ilə bağlı araşdırma başladıb. 

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
1
cebheinfo.az

2Mənbələr