AZ

Luvr Muzeyi yenidən ziyarətçilərin üzünə açılıb

 19 oktyabrda baş verən oğurluqdan 3 gün sonra Luvr Muzeyinə ziyarətçi girişləri yenidən bərpa edilib.

Sitat.info xəbər verir ki, digər tərəfdən, muzey rəhbərliyi oğurluğun hədəfi olan Apollo Qalereyasının növbəti bildirişə qədər qapalı qalacağını açıqlayıb.

Xatırladaq ki, Fransanın paytaxtı Parisdə hər gün minlərlə ziyarətçini qəbul edən və təxminən 35 min əsərin sərgiləndiyi dünyaca məşhur Luvr Muzeyində 19 oktyabr səhəri oğurluq hadisəsi baş vermişdi. 

Oğurluq zamanı, kral zinət əşyalarının sərgiləndiyi "Apollo Qalereyası" adlanan bölmədən "qiyməti ölçüyəgəlməz" 9 əsər oğurlanmış, oğruların qaçarkən yerə saldığı güman edilən III Napoleonun həyat yoldaşı imperatriçə Evgeniyaya aid tac isə daha sonra zədələnmiş halda muzeyin xaricində tapılmışdı. Tarixi əhəmiyyətə malik 8 zinət əşyası ilə qaçan 4 nəfərin oğurluğu cəmi 7 dəqiqə davam etmişdi.

Hesablama Palatasının hazırladığı ilkin hesabatda muzeydə təhlükəsizlik standartlarına uyğun texniki avadanlıqların təmin edilməsində "davamlı" və "əhəmiyyətli dərəcədə" gecikmələrin yaşandığı, bu vəziyyətin isə təhlükəsizlik boşluğu yaratdığı qeyd olunub.

Oğurlanan əsərlərin maddi dəyərinin 88 milyon avro olduğu təxmin edilir. 

Nigar,

Sitat.info 

Seçilən
27
sitat.info

1Mənbələr