“Gürcüstan Orta Dəhlizdə mövqeyini gücləndirir. Azərbaycan, Qazaxıstan kimi tərəfdaşlarımızla sıx təmaslar sayəsində mövcud maneələr müəyənləşdirilir və onların aradan qaldırılması istiqamətində işlər aparılır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Etibarlılıqdan effektivliyə” adlı paneldə çıxışında deyib.
Nazirin sözlərinə görə, Gürcüstanda həyata keçirilən əhəmiyyətli infrastruktur layihələr Orta Dəhlizin inkişafına əhəmiyyətli töhfələr verir.
“Gürcüstanda dəmir yollarının modernləşdirilməsi, avtomagistralların inşası Orta Dəhlizə əlavə dəyər qatır. Gürcüstan hökuməti bu layihənin inkişaf etdirilməsinə sadiqdir və bu istiqamətdə tərəfdaş ölkələrlə əməkdaşlığa böyük dəyər verir”, - M.Kvrivişvili söyləyib.