İranda Mossad casusları şəbəkəsi ifşa edilib
Ajans.az xəbər verir ki,bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb. Verilən məlumata görə, özlərini jurnalist kimi təqdim edən şəxslər informasiya müharibəsində İsrailin maraqlarına xidmət ediblər. İran kəşfiyyatı onların dəqiq koordinatlarını və fəaliyyət istiqamətlərini aşkarlayıb. Çərşənbə axşamı İranın milli televiziyasında yayımlanan ifşaedici materialda bu şəxslərin bir qisminin anti-İran mövqeyi ilə tanınan "Iran International" televiziya kanalında çalışdığı və ya mütəmadi olaraq orada çıxış etdiyi qeyd olunub. Telekanalda yayımlanan görüntülərdə şübhəli şəxslərin fotoları və onların İsraildəki faktiki yaşayış ünvanları təqdim edilib. Rəsmi məlumatda, həmçinin bildirilib ki, "Israel International" kanalı İsrail rejiminin və onun müttəfiqlərinin, xüsusilə 2023-cü ilin oktyabrında Qəzzaya qarşı aparılan hərbi əməliyyatlar və 2024-cü ilin iyununda İrana qarşı baş verdiyi iddia edilən hücumlar zamanı ardıcıl şəkildə anti-İran mövqeyi nümayiş etdirib və qarşı tərəfin mövqeyini dəstəkləyib. İran tərəfi bu fəaliyyətləri ölkənin milli təhlükəsizliyinə qarşı yönəlmiş xarici təxribatların bir hissəsi kimi qiymətləndirir.