Braziliyada 20 yaşlı futbolçu Antoni İlano dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, buna səbəb onun motosikletlə hərəkət edərkən qarşısına çıxan inəklərlə toqquşması olub.

Bu barədə "The Sun" məlumat yayıb.

Gənc futbolçu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, A.İlano ölkəsində "Piaui" klubunun gənclərdən ibarət komandasının üzvü olub.