Bakı. Trend:
Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən"PeşəFest-2025"in yekun tədbiri keçirilib.
Trend xəbərverir ki, “Baku Crystal Hall”da “Peşə öyrən, gələcəyini qur!”devizi ilə keçirilən tədbirinməqsədi gənclərin və şagirdlərin peşəseçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addımatmalarını təminetmək olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev,Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə,Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin sədri MusaQuliyev, gənclər və idman nazirininmüavini İndira Hacıyeva,İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçıdirektoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarəHeyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbərşəxslər, yeniyetmə və gənclər iştirak ediblər.
Anar Əliyev 2022-ci ildən təşkil olunan “Peşələr festivalı”nıngənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlıqlı daxilolmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazir 160mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrəəmək bazarının tələbləri, zəruri bacarıqlar və karyera imkanlarıbarədə praktiki məlumatlarəldə etdiyini bildirib.
O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçiriləngüclü sosial siyasətin vətəndaş rifahının təminatına xidmətetdiyini, eyni zamanda insan kapitalının inkişaf etdirilməsinin busiyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. Bildirib ki,“PeşəFest”də iştirak edən gənclərimiz bu platforma vasitəsilə əməkbazarında aktual trendlərlə tanış olmaq, müxtəlif peşələr üzrəmütəxəssislərlə birbaşa ünsiyyət və gələcək karyera planlarınıqurmaq imkanı əldə ediblər.
Bu ilin 9 ayında Dövlət Məşğulluq Agentliyi tərəfindən 371 minnəfərin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğu, işçiqüvvəsinin rəqabət qabiliyyətinin artırılması sahəsində aparılanişlər, 1500-dən çox peşə və kvalifikasiya standartınınhazırlanaraqişəgötürənlərin istifadəsinə verildiyi diqqətə çatdırılıb. İşğaldanazad edilən ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatıişləri də qeyd edilib, onlardan iqtisadi fəal olanların 6108nəfərinin məşğulluğunun təmin edildiyibildirilib.
Digər çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini,“PeşəFest”in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeydediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktualpeşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktikiməlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkaraçıxarmalarında bu interaktivlayihənin önəmindən bəhs ediblər.
Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib,təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib,peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Festival musiqiqruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlıviktorinalarla davam edib.
Qeyd edək ki, “PeşəFest-2025” layihəsinə ötən ay Astarada başlanıb.Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş,Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə, 10 rayon vəpaytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb.Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk,3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı,dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı,xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndiricitədbirlər təşkil olunub.
İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyinyolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalıməlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanıqazanıblar.