AZ

Lavrov: Xəzər dənizində beş ölkə məsuliyyət daşıyır

BAKI, 22 oktyabr. TELEQRAF

Rusiya İranın 2026-cı il avqustun 12-də Beynəlxalq Xəzər Dənizi Günündə Tehranda VII Xəzər Sammitinin keçirilməsi təklifini müsbət qiymətləndirib.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Ermek Koşerbayevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"İranın 2026-cı il avqustun 12-də Tehranda növbəti Xəzər sammitinin keçirilməsi təşəbbüsünü pozitiv qiymətləndiririk. Bu tarix Xəzər Gününə təsadüf edir", - o qeyd edib.

Sergey Lavrovun sözlərinə görə, danışıqlar zamanı tərəflər Xəzər dənizində birgə əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıblar:

"Beş Xəzəryanı dövlət Xəzər dənizi ilə bağlı məsələlərin həllində xüsusi səlahiyyətlərə malikdir və regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin təmininə görə məsuliyyət daşıyır. Bu, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada da əksini tapıb".

Seçilən
37
teleqraf.com

1Mənbələr