"Pnevmoniya və vərəm tamamilə fərqli xəstəliklərdir. Onların gedişi, inkişaf mərhələləri və törədiciləri bir-birindən fərqlənir".
Redaktor.az xəbər verir ki, bunu instaqramda canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova dedi.
Həkimin sözlərinə görə, onlar xəstəliklər üzrə həm pnevmoniyalı, həm də vərəmi olan xəstələrlə çalışırlar:
"Hər iki xəstəliyin özünəməxsus müayinə üsulları və diaqnostik kriteriyaları var. Diaqnoz dəqiq təsdiqləndikdən sonra isə etioloji və patogenetik müalicə aparılır və xəstə tam sağalana qədər bu proses davam etdirilir".
Nuriyyə NATİQQIZI