AZ

Güclü zəlzələ baş verib- bu ölkədə...

Ajans.az xəbər verir ki,bu barədə “RİA Novosti” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsinə istinadla xəbər yayıb. Zəlzələ yerli vaxtla saat 11:37-də (Moskva vaxtı ilə 02:37) baş verib. Yeraltı təkanların ocağı Sakit Okean akvatoriyasında, 48,7 kilometr dərinlikdə yerləşib. Episentr Petropavlovsk-Kamçatski şəhərindən 71 kilometr aralıda müəyyən olunub. İlkin məlumatlara əsasən, Petropavlovsk-Kamçatskidə yer səthində hiss olunan təkanların gücü MSK-64 şkalası üzrə 4,0 bal təşkil edib. Rəsmi qurumlar tərəfindən sunami təhlükəsinin olmadığı bildirilib. Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

 

Seçilən
29
50
Ajans.az

10Mənbələr