Braziliyanın "Piaui" komandasının 20 yaşlı futbolçusu Antoni İlano vəfat edib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, gənc oyunçu avtomobillə evə gedərkən keçirdiyi qəza nəticəsində dünyasını dəyişib. Futbolçunun avtomobili yola çıxan inəklə toqquşub. Zərbə o qədər güclü olub ki, İlano hadisə yerində ölüb.
Polis faciənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb. Braziliya futbol klubları və azarkeşləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Antoni İlano istedadlı və perspektivli oyunçulardan biri kimi tanınırdı.
Mirağa