AZ

Serbiyada parlament qarşısında insident: bir nəfər ağır yaralanıb

Ajans.az xəbər verir ki,bu barədə “Tanjug” agentliyi məlumat yayıb. Prezident Vuçiç bu açıqlamanı bağ evlərinin alınması üçün qrant vəsaitinin təqdimat mərasimi zamanı verib. O, tədbiri vaxtından əvvəl tərk etdiyini bildirərək iştirakçılardan üzr istəyib: “Bu gözəl tədbiri vaxtından əvvəl tərk etdiyim üçün üzr istəyirəm. Milli Assambleyanın qarşısında törədilmiş ciddi terror aktı ilə məşğul olmalıyam”, – deyə dövlət başçısı bildirib. Hadisə ilə bağlı “Kurir” nəşri yazır ki, 70 yaşlı Vladan A. adlı şəxs parlament binasının qarşısında yerləşdirilmiş və Vuçiç tərəfdarlarına məxsus çadırı yandırıb. Nəticədə 57 yaşlı Milan B. adlı şəxs ağır yanıq xəsarətləri alıb. Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar yaralının vəziyyətinin ağır olduğunu açıqlayıb. Yerli KİV-in məlumatına görə, hadisəni törədən şəxs bir neçə gündür parlament binası qarşısında təşkil olunmuş küçə blokadasının iştirakçısı olub. Etirazçılar Novi Sadda dəmiryolu vağzalında tavanın uçması nəticəsində baş vermiş faciənin şəffaf şəkildə araşdırılmasını və hadisədən sonra saxlanılan etirazçıların azad olunmasını tələb edirlər. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Rəsmilər təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.

 

Seçilən
44
Ajans.az

1Mənbələr