AZ

Pezeşkianı tənqid edənlərə oğlu cavab verdi


İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məqalə dərc edib.
Y. Pezeşkian bildirib ki, nöqsanların və problemlərin mövcudluğunu etiraf etmək “zəiflik göstərmək” deyil, islahatlar üçün ilk addımdır. Öz nöqsanlarını, problemlərini etiraf etməyən şəxs ümumiyyətlə islahat üçün heç bir addım ata bilməz.
“Bu günə qədər idarəçiliyimizdə ən mühüm problemlərdən biri faktları xalqa vicdanla təqdim etməməyimiz və ya başdan-başa gizlətməməyimizdir, Cavabımızı mövcud şərtlərə uyğunlaşdırmaq üçün hansı şəraitdə olduğumuzu bilməliyik. İndi layla oxumaq vaxtı deyil. Oyanmaq vaxtıdır”, - Y.Pezeşkian deyib.
O, həmçinin, hakimiyyəti tənqid edən, plansızlıqda və ya fəaliyyətsizlikdə ittiham edənlərin intellektual paradiqmasının prezidentin intellektual paradiqmasından fərqli olduğunu bildirib.
Y.Pezeşkian prezidentin öz planı, baxışı, ümidi olduğunu və problemlərin həllinə inandığını bildirib.
“Problemlərin həlli üçün bütün suveren imkanlardan istifadə edilməlidir. Bunun üçün hökumət, parlament, məhkəmə, dini qurumlar bilrlikdə çalışmalıdır”, - o, əlavə edib.
O, xalqın ölkənin sahibi olduğunu, özünü və taleyini düşündüyünü və xalqın əməkdaşlığı və yardımı olmadan ölkənin problemlərinin həllinin mümkün olmadığını qeyd edib.
“Təkrarlanan planlar və təkrarlanan üsullarla fərqli nəticələr əldə etmək olmaz”, - deyə Y. Pezeşkian yekunlaşdırıb.
Seçilən
19
yeniavaz.com

1Mənbələr