Rusiya prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu Rusiyanın MDB üzvü olan qonşu ölkələrlə sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Udoviçenko tanınmamış Abxaziya və Cənubi Osetiya respublikaları ilə sərhədlərin delimitasiyası və demarkasiyasına da cavabdeh olacaq.