GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Azərbaycan Prezidentinin dünənki bəyanatını alqışlayıram”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
O qeyd edib ki, buğdanın Azərbaycan ərazisi ilə Ermənistana gətirilməsi iki ölkə arasında formalaşan sülhün sübutlarından biridir.
“Əminəm ki, gələcəkdə də bu kimi ikitərəfli addımların davamı olacaq və bu istiqamətdə çatışmazlıq hiss edilməyəcək,” – deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezident İlham Əliyev Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıldığını açıqlayıb.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.