AZ

“Qalatasaray”da ciddi itki – Axşam oynamayacaq 

“Qalatasaray” UEFA Çempionlar Liqasının 3-cü turunda “Budo Qlimt”lə oyun öncəsi ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, komandanın aparıcı yarımmüdafiəçisi İlkay Gündoğan taktiki məşq zamanı zədələnib və Norveç təmsilçisinə qarşı meydana çıxmayacaq.

“Mançester Siti”dən transfer olunan 34 yaşlı futbolçu bu mövsüm “Qalatasaray”ın heyətində 7 oyunda 1 qol və 1 assistlə yadda qalıb.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 20:45-də keçiriləcək.

 

Seçilən
146
idmanxeber.az

1Mənbələr