AZ

Son 10 ildə ARDNF-nin investisiya gəlirləri 15 milyard dolları keçib - Bəhruz Bəhramov

Son 10 ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirləri 15 milyard ABŞ dollarını keçib.

Ölkə.az xəbər verir ki, bunu ARDNF-nin İcraçı direktorunun müavini Bəhruz Bəhramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.

Onun sözlərinə görə, ARDNF-nin aktivləri 70 milyard dolları keçib: "Bu gün ARDNF-in vəsaiti ÜMD-in 90 %-i qədərdir, dövlət borcunun 13 qatını üstələyir".

Mürtəza

Seçilən
58
2
olke.az

10Mənbələr