Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Şəmkirdə ağır yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, həkimlərin tibbi yardımlarına baxmayaraq 1959-cu il təvəllüdlü H.Salmanovun həyatını xilas etmək olmayıb.
***
14:42
Şəmkirdə kişi ağır yanıq xəsarətləri alıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü H.Salmanov bədənin 80 faiz yanığı ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
66 yaşlı kişinin hansı şəraitə ağır yanıq xəsarətləri alması məlum deyil. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Tural Əhmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.