Bakı. Trend:
“Əgər vərəm hamiləlik dövründə baş veribsə və vaxtında müalicəolunursa, adətən uşağın sağlamlığına ciddi təhlükə yaranmır”.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə NazirliyiElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradəAxundova açıqlayıb.
Onun sözlərinə görə, əksinə, müalicə gecikərsə, ana zəifləyir,oksigen çatışmazlığı və qidalanma pozğunluğu səbəbindən dölüninkişafı geriləyə bilər, erkən doğuş və ya az çəkili körpə riskiartır:
“Burada əsas məsələ müalicənin mütəxəssis nəzarəti altında vətəhlükəsiz preparatlarla aparılmasıdır, çünki bəzi dərmanlarhamiləlikdə istifadə olunmur, digərləri isə xüsusi nəzarətlə təyinedilir”.
İnstitutun direktoru bildirib ki, körpə vərəmli anadan doğulsabelə, əgər ana vaxtında müalicə alır və yoluxucu fazadadırsa, uşaqizolyasiya və profilaktik müalicə altında qoruna bilər:
“Bu zaman körpənin müvafiq müşahidəsi və BCG peyvəndi çoxvacibdir. Peyvənd adətən doğuşdan bir neçə həftə sonra, həkiminqərarına əsasən vurulur.
Qeyd edim ki, vərəm ana südü ilə keçmir. Amma ana açıq(yoluxucu) vərəm forması daşıyırsa, öskürək və hava-damcı yolu iləuşağı yoluxdura bilər. Bu halda ana südvermə zamanı maskadanistifadə etməlidir. Südvermədən əvvəl əllərini və sinəsini təmizsaxlamalıdır. Bəzi hallarda həkimlər müvəqqəti süni qidalanmaməsləhət görə bilər — bu, ananın vəziyyətindən asılıdır”.