AZ

I Liqa: Paytaxt derbisində səssizlik, "Difai" ilk qələbəsini darmadağınla qazandı

Azərbaycan I Liqasında VI turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün 2 oyun keçirilib. 

MOİK Binədə "Baku Sportinq"i sınağa çəkib. Paytaxt komandalarının duelində qalib müəyyənləşməyib. Görüş başladığı kimi bitib.

Şamaxıda isə bölgə təmsilçiləri üz-üzə gəliblər. "Şimal" "Difai" ilə görüşdə hesabda önə keçməsinə baxmayaraq, meydandan böyük hesablı məğlubiyyətlə ayrılıb. "Difai" darmadağı hesabına sonuncu pillədən qurtulub.  

Qeyd edək ki, turun 3 oyunu (“Cəbrayıl” – “Şahdağ Qusar”, “Şəfa” – “Səbail”, “Zaqatala” – “Mingəçevir”) sabah keçiriləcək.
 
Azərbaycan I Liqası
VI tur
22 oktyabr 

MOİK – “Baku Sportinq” 0:0

“Şimal” – “Difai” 1:4

Qollar: C.Kəlbəliyev, 3 - K.Kamta, 16-pen; 37. M.Musazadə, 56. H.Şirəliyev, 76.

Seçilən
60
1
fanat.az

10Mənbələr