AZ

“Xəzər sammitinin Tehranda keçirilməsini müsbət hesab edirik” – Lavrov

“Rusiya İranın Xəzəryanı ölkələrin yeddinci sammitinin 2026-cı il avqustun 12-də – Beynəlxalq Xəzər Dənizi Günündə Tehranda keçirilməsi təklifini müsbət hal kimi qiymətləndirir”.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz 2026-cı il avqustun 12-də Tehranda yeddinci Xəzər sammitinin keçirilməsi ilə bağlı İranın təklifini müsbət hesab edirik. Bu tarix Xəzər günüdür”,-deyə Lavrov qeyd edib.

Lavrovun sözlərinə görə, nazirlər danışıqlar zamanı Xəzər dənizində birgə işə tələbatın artdığını qeyd ediblər:

“Biz razılaşdıq ki, beş Xəzəryanı dövlət Xəzər dənizi ilə bağlı məsələlərin həllində müstəsna səlahiyyətə malikdir və Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada təsbit edildiyi kimi, regionda davamlı inkişafa, orada sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdehdir”.

Yeganə

Seçilən
15
busaat.az

1Mənbələr