BAKI, 22 oktyabr. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Brüsseli (Avropa İttifaqı – red.) ölkədə iğtişaşlar yaradan terrorçuları dəstəkləməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında bildirib.
“Brüsselin seçdiyi anti-Gürcüstan yolunun terrorçuların dəstəklənməsinə gətirib çıxardığı çoxdan bəllidir. Bu reallığa ayıq nəzər salmalıyıq”, - Papuaşvili qeyd edib.