AZ

İngiltərədə müsəlman şagirdləri təhqir edən müəllimə ömürlük qadağa VERİLDİ

Ajans.az xəbər veri ki,bu barədə yerli təhsil orqanları məlumat yayıb. 51 yaşlı elm müəllimi və 6-cı sinif rəhbəri olan Lloyd “namus cinayətləri” mövzusunu müzakirə etdiyi dərsdə bir müsəlman qız şagirdə deyib ki, “əgər İranda yaşasaydın, geyindiyin paltara görə öldürülərdin”. O, bu sözləri konkret bir geyimə istinadən, dərs zamanı açıq şəkildə ifadə edib. Müəllim, həmçinin, namus cinayətləri ilə bağlı dərsdə şagirdlərə bu mövzunun “xüsusilə onların mədəniyyəti ilə əlaqəli olduğunu” bildirib və diqqətli olmalarını söyləyib. O, islamı “sülh dini” kimi istehzalı şəkildə təqdim edərək, müsəlman şagirdlərin dini hissələrini lağa qoyub. Şahid ifadələrinə görə, Lloyd dərs zamanı iki şagirdin ailə üzvlərini hipotetik misallarda istifadə edərək onları "zina edən" ssenarilərlə hədəfə alıb və nəticədə nə baş verəcəyini şagirdlərə “nümayiş etdirməyə” çalışıb. Hadisə zamanı iştirak edən şagirdlərdən biri müəllimin ifadələrinin “sinifdəki müəyyən bir qrupa qarşı yönəldiyini” və "özlərini təhlükədə hiss etdiklərini" bildirib. Digər şagird isə müəllimi "irqçi stereotiplərdən istifadə etməkdə" ittiham edib. Müəllim Aleks Lloyd günahını etiraf edib və artıq müəllim kimi fəaliyyət göstərə bilməyəcəyi barədə qərar verilib. Təhsil Standartları Agentliyi onun barəsində araşdırma apararaq ömürlük dərs demə qadağası tətbiq edib. Hadisə ictimaiyyət və valideynlər arasında geniş narazılıq doğurub. Təhsil müəssisələri və yerli hakimiyyətlər məktəblərdə mədəni və dini həssaslıqlara qarşı daha diqqətli davranmağa çağırırlar.

 

Seçilən
44
Ajans.az

1Mənbələr